Xəstəxana direktoru vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub.
"Azia.az" oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə hələlik təyinat olmayıb.