Rusiyalı hərbçi: “Evlərə girib güllələyirik!” – VİDEO
Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz “Youtube” kanalında rusiyalı hərbçilərin telefon danışıqlarını əks etdirən növbəti səs yazılarını paylaşıb.![]()
Xəbər verilir ki, səs yazılarının birində rusiyalı hərbçi dostu ilə söhbətdə necə “dolandıqlarını” danışır.
“Heç nə vecmizə deyil (söyüşləri ədəbi dildə tərcümə edirik – red.), evlərə girib güllələyirik, nə tapdıq götürürük. Müharibə gedir də… Zirzəmilər şərabla doludur. Çox dadlıdır. 13 illik şərab tapdım”, – deyə hərbçi bildirir.
Həmçinin, rusiyalı hərbçi əlavə edir ki, Rusiya ordusu Ukraynada Əfqanıstanda verdiyi itkilərdən çox itkilər verib, çox sayda əsgər ölüb və yaralanıb.
Rüfət