azia.az
azia.az

Ermənistanda hərbi hissədə silahlı insident: 1 hərbçi ölüb, 2-si yaralanıb

11-12-2021, 10:52

 Ermənistanda hərbi hissədə silahlı insident: 1 hərbçi ölüb, 2-si yaralanıb
Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.

“Report” “Aysor”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.

Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb.

Atəş açan əsgər daha 2 hərbçi yoldaşını yaralayıb.

Hadisənin təfərrüatı araşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi