Ukraynada hamı bu uşaqdan danışır: Gecə evdən qaçaraq...
Kiyev vilayətinin Borispol şəhərində yaşayan 11 yaşlı Maksim gecə evdən qaçaraq özünümüdafiə dəstələrin qərargahına gəlib. Xəbər verilir ki, bu barədə könüllülərin komandanı Aleksey Kovtun özünün İnstagram səhifəsində bildirib.
Məlumata görə, Maksim ukraynalı döyüşçülərə əlindən gələni köməyi etmək istədiyini deyib. Uşağın bu hərəkəti döyüşçüləri çox təsirləndirib. Onlar Maksimə minnətdarlıqlarını bildirərək valideynlərinə qaytarıblar. Onlardan isə xahiş ediblər ki, evdən xəbərsiz getdiyinə görə, Maksimi danlamasınlar.