azia.az
azia.az

Prezident: “Hücum etsələr, özümüzü müdafiə edəcəyik”

25-03-2022, 20:17

Prezident: “Hücum etsələr, özümüzü müdafiə edəcəyik”
“Polşa sülhsevər ölkədir, lakin hücum olacağı təqdirdə, özünü müdafiə edəcək”.
Bunu Polşa prezidenti Anjey Duda Rusiyanın təhdidlərinə münasibətində deyib. “Biz rahat yaşamaq, inkişaf etmək, varlanmaq, dünyanı araşdırmaq və qlobal vətəndaş olmaq üçün “dəmir pərdənin” arxasından çıxdıq, tam suverenliyi, müstəqilliyi, iqtisadi azadlığı bərpa etdik. Bunun davam etməsini istəyirik. Bu, bizim arzumuzdur. Biz aqressiv deyilik və heç kimə hücum etmək istəmirik”, – Duda bildirib.
Prezident: “Hücum etsələr, özümüzü müdafiə edəcəyik”
Bununla belə, Polşa lideri istənilən hücüma hazır olduqlarını da bəyan edib: “İstər şimaldan, istər şərqdən, istərsə də hər hansı digər tərəfdən kimsə bizə hücum etmək istəyirsə, nəzərə almalıdır ki, vətənimizin müdafiəsində möhkəm dayanacağıq. Sizi əmin edirəm ki, Polşa təcavüzkarları dəfn etməyə kifayət edəcək qədər böyükdür”. (Azpost.info)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi