Bizə hücum etsələr, S-400-dən istifadə edəcəyik - Ərdoğan
Türkiyə hücuma məruz qalacağı təqdirdə Rusiyadan aldığı S-400 raket komplekslərindən istifadə etməyi planlaşdırır.AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinadan qayıdarkən jurnalistlərə bildirib.“Bəziləri niyə S-400 sistemini aldığımızı və buna sərmayə qoyduğumuzu soruşur. Ehtiyac olarsa, bunlardan istifadə etmək haqqımız var. Kimsə bizə hücum edərsə, bu hava müdafiə sistemlərindən istifadə edəcəyik. Ona görə belə investisiya qoyuruq”, - deyə o, vurğulayıb.Ərdoğan Ankaranın S-400 sistemlərinin Rusiya ilə birgə istehsalı haqda planlarının olduğunu da təsdiqləyib:"Birgə istehsala gəldikdə, bizim Rusiya ilə heç bir problemimiz yoxdur. Prezident Putinlə danışıqlarımızın lap əvvəlində biz bu barədə razılığa gəldik. Ümid edirəm ki, birgə istehsala başlayacağıq, ancaq S-400-ün alışından imtina etməyimizi istəyənlər spekulyasiyanı davam etdirirlər".