Rusiya bu əməliyyatla dünyanı iki qütbə parçalayacaq - Bu bloklar yaradılacaq
Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı dünyanı tamamilə dəyişəcək.
Xəbər verilir ki, bunu analitik Pyotr Robeyşek bildirib.
Onun sözlərinə görə, dünyanın iki qütbə parçalanması Çin-Rusiya və Avropa-Amerika blokunu yaradacaq:
"Nəticədə ən zəif mövqeyə malik olan AB uduzacaq. Avropa zəif çıxış edir və ən əsası avropalıların vətənpərvərliyi yoxdur. Nəticədə Avropa ən zəif və ən həssas oyunçuya çevrilib.
Rusiyanın güc ambisiyaları şübhə doğurmur. Qərbin də eyni ambisiyaları var. Hər ikisi ortaq məxrəcə can atmalı və onun axtarışında iştirak etməlidir. Ortaq məxrəc heç vaxt əbədi deyil, amma yenə də indiki vəziyyətdən daha yaxşıdır və tapılan ortaq məxrəcə əsasən, daha da irəliləmək mümkün olacaq".