Yaponiya Rusiyanı rəsmən müharibə ilə hədələdi – Moskva iki cəbhədə döyüşəcək?
Rusiya Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqlardan imtina edib.
Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, bu qərar “Ukraynadakı vəziyyətlə əlaqədar Yaponiyanın Rusiyaya qarşı tətbiq etdiyi birtərəfli məhdudiyyətləriə görə” qəbul edilib.
“Rusiya tərəfi hazırkı şəraitdə Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində deyil, çünki ikitərəfli münasibətlərə dair fundamental sənədin imzalanmasının açıq-aşkar qeyri-dost mövqe tutan və onların maraqlarına zərər vurmağa çalışan dövlətlə müzakirəsi mümkün deyil. ”, – nazirliyin bəyanatında deyilir.
Həmçinin, Tokionun hərəkətlərinə cavab olaraq Rusiya tərəfi Yaponiya vətəndaşlarının Cənubi Kuril adalarına vizasız gediş-gəlişini dayandırıb və bu adalarda birgə iqtisadi fəaliyyətin qurulması ilə bağlı Yaponiya ilə dialoqdan çıxıb.
Buna cavab olaraq rəsmi Tokia Rusiyanın Yaponiya ərazilərini tezliklə tərk etməsi barədə ultumatum verib. Rəsmi Tokio Rusiyanı müharibə ilə hədələyib.