NATO-nun baş katibi Azərbaycana təşəkkür etdi - SON DƏQİQƏ
NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycana təşəkkürünü bildirib. “Dünyanın gözü Əfqanıstandadır. Yenidən terror təşkilatlarının kök salmasına icazə verməyəcəyik”. AYNA xəbər verir ki, bunu NATO ölkələri Xarici İşlər Nazirlərinin iclasından sonra Baş katib Yens Stoltenberq deyib.
“24 saat fasiləsiz olaraq təxliyyələr üçün çalışırıq. Türkiyə açar rol oynayır. Xüsusən Türkiyə, ABŞ və İngiltərəyə Kabildəki hava limanının təhlükəsizliyini təmin etməkdə oynadıqları həyati rol üçün təşəkkür edirəm.
Azərbaycana da hava limanı təhlükəsizliyinə dəstəyinə görə minnətdarıq”, - o vurğulayıb.