azia.az
azia.az

“Trendyol” əməkdaşları etiraz aksiyası keçirdi - VİDEO

25-01-2022, 17:30

“Trendyol” əməkdaşları etiraz aksiyası keçirdi  - VİDEO
Türkiyənin ən böyük alış-veriş saytı hesab olunan “Trendyol”un çatdırılma xidməti “Trendyol Express”in əməkdaşları etiraz aksiyası keçirib.

Azia.az yerli KİV-ə istinadla xəbər verir ki, şirkətin əməkdaşları aşağı maaş artımı səbəbindən aksiya keçirməyə qərar verib.

İki günlük tətil elan edən işçilər ölkədə qeyri-sabit hava şəraitinə baxmayaraq, “Trendyol”un baş ofisinin önündə toplaşıblar.

Bildirilir ki, “Trendyol” “Trendyol Ekspres” işçilərinin maaşlarını cəmi 11 faiz artırıb. İşçilərin aksiyası sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Şirkət isə məsələ ilə bağlı hələ ki açıqlama verməyib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi