azia.az
azia.az

Lukaşenko: “Prezident postundan gedəcəyəm, çox tezliklə...”

9-08-2021, 20:33


Lukaşenko: “Prezident postundan gedəcəyəm, çox tezliklə...”
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün jurnalistlər, ekspertlər və ictimaiyyət nümayəndələri ilə görüşündə tezliklə öz postundan gedəcəyini deyib. “Mən bu ölkədə böyümüşəm, ölkə də mənimlə böyüyüb. Və başa düşə bilmirəm ki, necə yaşamaq olar: pensiyaya çıxım, yoxsa başqa nəsə işlə məşğul olum, hələlik bunu təsəvvür edə bilmirəm. Amma bu o demək deyil ki, mən bu kreslodan yapışmışam. Yox. Məndən sonra başqa adamlar gələcək, hətta çox tezliklə. Amma siz öz aranızda vaxt məsələsi ilə bağlı fərziyyələr yürütməyin”,-Lukaşenko bildirib.
Belarus prezidenti varisinin kim olacağını da deməyib, bunun “mürəkkəb məsələ” olduğunu deyib. “Nəyə görə mürəkkəb məsələ? Bir vaxtlar mənim yaxşı dostum və böyük qardaşım Vladimir Vladimiroviç Putinin dediyi kimi: belarus xalqı kimi seçəcəksə prezident də o olacaq. Bu, doğrudan da belədir. Xalq kimə səs verəcəksə. Mən hansı mövqeni tutacam-hələ müəyyənləşdirməmişəm”,-Lukaşenko deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi