Putin Lukaşenko ilə görüşəcək
Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Virtualaz.org bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər Böyük Vətən Müharibəsindəki qələbənin 76-cı ildönümü münasibətilə bir-birilərini təbrik ediblər.
Dövlət başçıları həmçinin gündəlikdə duran ikitərəfli məsələləri müzakirə edib, Rusiya-Belarus partnyorluğu və ittifaqının gücləndirilməsi yönündə qarşılıqlı inamın olduğunu bir daha təsdiqləyib və yaxın gələcəkdə görüşmək barədə razılığa gəliblər.