Bu ölkədə yoluxmaların 65%-ni omikron təşkil edir
Koronavirusun “omicron” ştamı 2021-ci ilin sonuncu həftəsindən Norveçdə dominant ştama çevrilib.
Xəbər verilir ki, bu barədə Norveç Səhiyyə İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, ötən ilin sonuncu həftəsində koronavirusa yoluxmaların 65,4%-ni “omicron” ştamı təşkil edib.
Qeyd edək ki, noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan hərfi “omicron”la adlandırıb.