“Yeni ştam Azərbaycana da gələcək, buna hazırlıqlı olmalıyıq”
"Hər yeni ştam əvvəlkindən ən azı yoluxuculuq sürətinə görə fərqlənir. Yay aylarında "Delta" ştamı sürətlə yayılırdısa, artıq yeni "Omicron" ştamı yayılmağa başlayıb. Bəzi ölkələrdə, o cümlədən, bizim qonşularda da yayılır və dominant ştama çevrilir".
Azia.az axşam.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov ölkədəki epidemioloji vəziyyəti qiymətləndirərkən deyib.
O bildirib ki, yeni ştam Azərbaycana da gələcək və buna hazırlıqlı olmalıyıq:
"Omicron" ştamı Azərbaycana da gələcək. Biz bunun üçün nə etməliyik? Bunun üçün əlavə üsul icad olunmayıb. Əhalinin məsuliyyəti vacib şərtdir. 2 il ərzində dediyimiz qaydalara əməl olunmalı, sıxlıq olan yerlədə az toplaşmalı, maskalardan istifadə etməli, otaqlarda havanı tez-tez dəyişdirməliyik. Bu qaydalara əməl olunsa, əhali vaksinasiyada iştirak etsə, buster doza vurulsa, xəstələnmə hallarının, ağırlaşma hallarının azalmasına gətirib çıxara bilər. Bütün dünyada virusların qarşısı vaksinasiya yolu ilə alınır".