Yeni köçdüyü evdə pis qoxu hiss etdi, səbəbini biləndə dəhşətə gəldi - 2 ay... - FOTO
Reqan Bayle adlı sosial media fenomeninin paylaşdığı hekayə hamının diqqətini çəkib.
Xəbər verilir ki, Bayle Los-Ancelesdə 2 ay cəsədlə yaşadığını ifadə edib. O bildirib ki, yeni köçdüyü kirayə evdə pis qoxu hiss edib. O, evdə axtarış aparsa da, qoxunun mənbəyini tapa bilməyib. Qoxunun bir neçə mənzil uzaqda yaşayan qonşu evdən gəldiyini güman edən qadın polisə şikayət edib. Lakin qonşu evdə xoşagəlməz hadisəyə rast gəlinməyib. Uzun müddət keçəndən sonra evə əlavə axtarış qrupları çağırılıb. Məlum olub ki, binanın boşluğunda cəsəd var. Cəsəd uzun müddət orada qalaraq çürüyüb və pis qoxu ətrafa yayılıb.
Yaxınlıqdakı mənzillərdə yaşayış olmadığı üçün məsələ, qadın kirayə evə köçəndən sonra üzə çıxıb. Qadının cəsəddən ayrıldığı zərərli qazlardan qismən zəhərləndiyi bildirilir. metbuat.az