azia.az
azia.az

Qadınlar qorxanda qoxuları da dəyişir

5-11-2018, 07:31

Amerikalı alimlər müəyyən edib ki, qadının qorxması təkcə onun hal və hərəkətlərində yox, eyni zamanda qoxusunda da özünü göstərir. Bu vəziyyətdə olan qadından analoqu olmayan özünəməxsus qoxu gəlir.

Alimlərin fikrincə, sarsıntının təsiri altında qadın bədənində qoxu dəyişə bilir. İnsan bədənində qoxunun sahəsində tanınmış mütəxəssis doktor Süzan Bile-Xulettin başçılığı altında bir qrup bu məsələni araşdırıb. Məlum olub ki, istidə və ya fiziki işlər görərkən ayrılan tər qoxusu stress zamanı əmələ gələndən fərqlənir.

Alimlər 44 qadından 3 fərqli şəraitdə (isti havada, idman edəndə və stress halında) tər nümunələri götürüb, təhlil ediblər. Stressin aromatının o birilərindən fərqləndiyi aşkarlanıb. Kişilər stress qoxusunu qadın tərləyən zaman ayrılan tər iyindən daha pis qarşılayır.

Alimlərin araşdırmasına əsasən, fiziki iş görəndə və isti havada tər vəziləri ekzokrin şirəsi, stress zamanı isə apokrin vəzisi ekzo şirəsi ifraz edir. Məhz bu şirə bakteriyalarla qarışaraq, xoşagəlməz qoxu yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi