azia.az
azia.az

Yaponiya liderinin "evdə qal" mesajı tənqidlərlə qarşılanıb

14-04-2020, 14:10


Yaponiyanın baş naziri Şinzo Abenin Twitter vasitəsilə göndərdiyi "evdə qal" mesajına insanlar tənqidi reaksiya verib.
Yaponiya liderinin "evdə qal" mesajı tənqidlərlə qarşılanıb
ABŞ prezidenti Donald Tramp kimi Abe də koronavirusla mübarizədə atdığı addımların az və gec olması ilə bağlı ittihamlarla qarşılaşıb. Martın sonuna qədər Abe administrasiyası Tokio Olimpiya Oyunlarının planlaşdırıldığı kimi iyul ayında keçirilməsində israr edirdi. Lakin oyunlar 2021-ci ilin iyuluna qədər təxirə salınıb.

Abe Tokio və koronavirus epidemiyasının geniş yayılması riski qarşısında olan digər altı prefekturada fövqəladə vəziyyəti yalnız keçən çərşənbə axşamı günü elan edib. Hökumət həmin ərazilərdə insanların evdə qalmasını istədi, daha sonra isə bu, bütün Yaponiyaya şamil oldu.

Lakin hökumətin "evdə qal" mesajı sosial təcrid siyasətinin könüllü olduğu və nağd pula işləyənlərə kompensasiya ödənilmədiyini qeyd edən çoxlarını qəzəbləndirib.

Twitter sosial şəbəkəsində yerləşdirilmiş videoda Abenin evdə olduğu göstərilir və o darıxan kimi görünür. Abe kitab oxuyur, itini sığallayır, fincandan çay içir və əlindəki pultla televiziya kanallarını dəyişir.

Zəngin siyasi ailənin varisi olan Abenin belə gözəl şəraitdə olması sıx mənzillərdə yaşayan ailələr və Yaponiya şirkətlərinin evdən işləmək sistemə ləng keçdiyi üçün ictimai nəqliyyatdan istifadə edərək işə getmək məcbiriyyətində qalan işçilərin şəraitindən çox fərqlidir. Bəzi insanlar işlərini itirb, ya da onların maaşları kəsilib.

Bir sıra qalmaqallarla qarşılaşmış Abe 2012-ci ildə ikinci müddət vəzifəsinin icrasına başlayıb və İkinci Dünya Müharibəsindən sonra Yaponiyanın hakimiyyətdə ən uzun müddət qalan baş naziri olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi