azia.az
azia.az

Paşinyanın "hiyləsi" BAŞ TUTDU: Karapetyanın qovulma səbəbi BUDUR - AÇIQLAMA

16-11-2021, 13:42

Paşinyanın "hiyləsi" BAŞ TUTDU: Karapetyanın qovulma səbəbi BUDUR - AÇIQLAMA
Paşinyan Təhlükəsizlik Şurasının iclasında etiraf edib ki, Azərbaycan Ordusu bir neçə istiqamətdə irəliləyib və hadisələrin analizindən sonra Karapetyanın vəzifəsindən azad edilməsi qərarı qəbul olunub.

Azia.az xəbər verir ki, hadisələrin gedişatı ilə bağlı siyasi şərhçi Asif Nərimanlı deyir ki, Paşinyan Karapetyanı “günah keçisi” elan edib. Onun sözlərinə görə, Karapetyanın Qarabağa səfəri, 60 erməni hərbçinin sərhəddə irəliləmək cəhdi təkbaşına verdiyi qərar deyildi. Bununlada Paşinyan sərhəddə üzləşdikləri biabırçı vəziyyətin məsuliyyətindən yayınır:

Paşinyanın "hiyləsi" BAŞ TUTDU: Karapetyanın qovulma səbəbi BUDUR - AÇIQLAMA
"Moskvanın istədiyi üçtərəfli görüşdən yayınan Paşinyan vaxt qazanmaq və görüşə qədər sərhəddə üstünlük qazanmaqla masaya əyləşmək istəyirdi. Cəhdlər nəticə vermədi. Paşinyan çıxış yolunu baş verənlərin məsuliyyətini müdafiə nazirinin üzərinə qoymaqda gördü. İkincisi, Karapetyanı qovan Paşinyan bununla Moskvanın qurmaq istədiyi masanı dağıtmaq istəyən tərəfin özü olmadığının mesajını verir. Karapetyan Rusiyaya yaxınlığı ilə tanınan hərbçi idi, onun nazir kimi əsas səfər ünvanlarının Moskva olduğu da bunu deməyə əsas verir. Qeyd edim ki, Nikol son hadisələrdə Moskvaya yaxın nazirin günahkar olduğu mesajını verməklə həm də “Rusiya barmağına” işarə edir".

Asif Nərimanlı bildirdi ki, baş verənlər Paşinyana hərbi rəhbərlikdə kadr istəyini reallaşdırmaq şansı verdi. Karapetyanla yanaşı, baş qərargah rəisi Artak Davtyan da Moskvaya yaxın şəxsdir. Nikolun “sağ qolu” olaraq tanınan Papikyanın müdafiə naziri olması ən azı orduda balans yaratmağa imkan verə bilər.

"Ermənistan müdafiə nazirinin dəyişdirilməsi hadisələrin mümkün inkişafına dair gözləntilər də yaradır. Günahı hərbçilərin üzərinə yıxan Paşinyan Moskvanın quracağı masaya gələ bilər. Baş verənlər üçtərəfli masada razılaşmaq üçün Nikola imkan verir ki, erməni cəmiyyətinə “maraqlarımızı qorumaq üçün əlimizdən gələni etdik, razılaşmasaq daha çətin ola bilər” deyə bilsin. Azərbaycanın Gorus-Qafan yolundan sonra Qafan-Çakaten yolunda da gömrük məntəqəsi qurması da Paşinyanın ictimai rəydə haqq qazanmaq imkanlarını genişləndirir".

Siyasi şərhçi onu da qeyd etdi ki, Papikyanın nazir olması erməni ordusu daxilində köhnə zabitlərlə yeni rəhbərlik arasında narazılığın yaranması ilə nəticələnə bilər. Bu məsələdə Davtyanın taleyi xüsusi rol oynayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi