İrəvanda polisi etiraz aksiyasını dağıtdı
Ermənistan hüquq-mühafizə orqanları İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyasını dağıdıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, 30-dək etirazçı saxlanılıb.
Qeyd edək ki, bu gecə İrəvanda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 28-i polis əməkdaşı olmaqla 51 nəfər xəsarət alıb.
İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində xəsarət alanların sayı 51-ə çatıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.
“İndiyədək müxtəlif tibb mərkəzlərinə 51 yaralı çatdırılıb, onlardan 28-i polis əməkdaşlarıdır. Xəsarət alanlara lazımı yardım göstərilir. Onların həyatlarına təhlükə yoxdu”, deyə A.Aytayan vurğulayıb.
İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində xəsarət alanların sayı 45-ə çatıb
APA-nın məlumatına görə, bu barədə Ermənistanın Səhiyyə nazirliyinin məlumatında bildirilir.
“Tibb müəssislərinə göndərilən 45 nəfərdən 25-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır”, məlumatda qeyd olunub.
Qeyd edək ki, artıq 4-cü gündür ki, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Silahlılar hazırda 4 nəfəri girov saxlayır.