Avstriyada ara qarışdı: 13 yaralı
Vyanada “Identitare” ultrasağçı hərəkatının fəalları və antifaşistlər arasında baş toqquşmalar nəticəsində 13 nəfər yaralanıb, 7 nəfər saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, sağçıların “Avropanın müdafiəsi” şüarı altında keçirdiyi yürüşün təşkilatçıları qəfil marşrutu dəyişərək antifaşist yürüşünün iştirakçıları ilə qarşılaşıblar.
Tərəflər biri-birlərini və polisi daşqalaq ediblər. Polis gözyaşardıcı qazdan istifadə edib.
Avstriyanın DİN rəhbəri insident iştirakçılarını tənqid edib və polis əməkdaşlarına insidentin aldığına görə təşəkkür edib.