azia.az
azia.az

Klivlenddə etirazçılar ABŞ bayrağını yandırmağa cəhd etdilər

21-07-2016, 07:06

Klivlenddə etirazçılar ABŞ bayrağını yandırmağa cəhd etdilər ABŞ-ın Klivlend şəhərində keçirilən etiraz aksiyası zamanı 17 nəfər saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Klivlend polisinin nümayəndəsi bildirib.

İnsident nəticəsində 2 polis əməkdaşı yüngül xəsarət alıb. Etirazçılar ABŞ bayrağını yandırmağa cəhd edib.

Etiraz aksiyası Respublikaçılar partiyasının qurultay keçirdiyi stadionun qarşısında baş tutub.

Xatırladaq ki, qurultayda Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə rəsmi olaraq namizəd seçilib. Noyabrın 8-də keçiriləcək prezident seçkilərində Donald Trampın əsas rəqibi Demokratlar Partiyasından namizəd Hillari Klinton olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi