Məşhur aktyor “bomj” hesab edildiyi üçün restorandan qovuldu - VİDEO
Sərxoş vəziyyətdə olan Hollivud aktyoru Nikolas Keyc "bomj" hesab edildiyi üçün Las-Veqasda (ABŞ) restorandan qovulub.
Azia.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda görünür ki, ayaqyalın və bəbir naxışlı şalvarda olan Keyc onu otaqdan çıxartmaq istəyən qadınla mübahisə edir. Sonra mühafizəçi onu müəssisədən çıxardır. 57 yaşlı aktyor yenidən restorana qayıtmaq istəsə də, qapıdan buraxılmır.
Hadisə şahidləri sərxoş aktyorun evsiz bir insanla qarışdırıldığını bildiriblər.