azia.az
azia.az

Koronavirusun müalicəsini tapdığını deyən şəxs koronavirusdan öldü

24-09-2021, 14:33

Koronavirusun müalicəsini tapdığını deyən şəxs koronavirusdan öldü
Koronavirusa qarşı qarışım tapdığını iddia edən şəxs koronavirusdan ölüb.

Azia.az Qərb mediasına istinadən xəbər verir ki, Şri-Lankada koronavirusa qarşı tapdığı iksirin çaylara tökülməsindən qısa müddət sonra virusun təsirinin yox olacağını iddia edən Eliyantha White adlı sehrbaz koronavirus səbəbiylə ölüb.

BBC-nin xəbərinə görə, ölkədə idman ulduzlarından tutmuş siyasətçilərə qədər bir çox insanı müalicə etdiyini iddia edən Eliyantha White adlı sehrbaz iksiri yuxuda gördüyünü söyləyib.

48 yaşlı sehrbaz yuxuda gördüyü bu iksirin çaylara tökülməsindən sonra pandemiyanın sona çatacağını iddia etmişdi.

Onu da qeyd edək ki, həmin sehrbaz 2010-cu ildə kriket əfsanəsi Sachin Tendulkarın diz xəstəliyini müalicə etdiyini iddia edərək şöhrət qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi