Banka silahlı basqın - 500 min tələb edir (YENİLƏNİR)
Gürcüstanın Kvareli şəhərində “Gürcüstan bankı”nın filialına silahlı basqın olub.
“Report”un yerli bürosu xəbər verir ki, bankda bir neçə əməkdaş və müştərinin olduğu bildirilir.
Basqınçıda əl qumbarasının olması barədə məlumatlar yayılıb. Basqın edən şəxs 15 nəfəri girov götürüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Məlumatlara əsasən, basqınçı girovları azad etmək üçün yarım milyon lari pul tələb edir.