azia.az
azia.az

Paşinyan: "Blokadadan qurtulmalıyıq, Azərbaycan Naxçıvanla nəqliyyat əlaqələri qurmalıdır"

24-08-2021, 13:47

Paşinyan: "Blokadadan qurtulmalıyıq, Azərbaycan Naxçıvanla nəqliyyat əlaqələri qurmalıdır"
“Kommunikasiyaların açılması xarici siyasətimizin prioritetlərindən biri olmalıdır”.

Azia.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, kommunikasiyaların açılması üçün üçtərəfli işçi qrup fəaliyyətini davam etdirməlidir.

“Üçtərəfli işçi qrup 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmasında kommunikasiyaların açılması istiqamətində konkret nəticəyə gəlməlidir. Hesab edirəm ki, 30 illik blokadadan qurtulmaq üçün ciddi imkanlar mövcuddur. Düzdür, bu elə də asan məsələ deyil, amma mümkündür”.

Paşinyan əlavə edib ki, 10 noyabr və 11 yanvar razılaşmasına əsasən Ermənistan Azərbaycan üzərindən Rusiyaya və İranla, Azərbaycan da öz növbəsində Naxçıvanla kommunikasiya və nəqliyyat əlaqələri qurmaq imkanı əldə etməlidir.

Paşinyan onu da bildirib ki, kommunikasiyaların açılması, zaman-zaman gündəmə gəlib: “Əgər məqsədə nail olmaq istəyiriksə, Ermənistanı nə az-nə çox olan qarşılıqlı əsasda bölgə üçün əlverişli mühitə çevirməliyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi