azia.az
azia.az

NATO-dan Türkiyə açıqlaması

21-07-2016, 07:15

NATO-dan Türkiyə açıqlaması Son hadisələrə baxmayaraq Türkiyə ordusu, əvvəlki kimi, güclüdür.

APA-nın məlumatına görə, bunu Reuters agentliyinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Türkiyə qüdrətli orduya, peşəkar silahlı qüvvələrə malikdir. Əminəm ki, Türkiyə NATO-nun sadiq və güclü tərəfdaşı olmaqda davam edəcək. Eyni zamanda güman edirəm ki, rəsmi Ankaranın çevrilişlə bağlı atdığı addımlar mütənasib və NATO dəyərlərinə cavab verəcək”, deyə Y.Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin Alyans tərkibində qalıb-qalmaması məsələsi gündəmdə deyil: “Türkiyə NATO-nun tərəfdaşı olmaqda davam edir. Bu çox vacibdir. Çünki bu ölkə İraq və Suriya kimi “qaynar nöqtələrin” sərhədində yerləşir”, baş katib əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi