İstanbul polisinin keçmiş rəhbəri Hüseyin Çapkın təslim olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, İstanbul 30-cu Ağır Cəza Məhkəməsi keçmiş polis rəisi Hüseyn Çapkın barəsində həbs qərarı verib. Onun FETÖ ilə əlaqəli olduğu bildirilir. O, ötən gecə vəkili ilə birlikdə İstanbul Polis Bölməsinə gələrək təslim olub.
Məhkəmə həmçinin keçmiş Dənizli valisi Abdülqadir Dəmir haqqında da həbs qərarı çıxarılıb.