azia.az
azia.az

Ermənistan əsgərinin dəyəri nə qədərdir?

12-04-2016, 10:14

Ermənistan əsgərinin dəyəri nə qədərdir? Hazırda Dağlıq Qarabağ münaqişəsi dünya gündəmində birinci yeri turur. Ona müxtəlif prizmalardan - Azərbaycanın siyasi və hərbi uğurları, dondurulmuş münaqişələrin həllinin zəruriliyi kimi baxılır, bu məsələdə müxtəlif dünya oyunçularının iştirakı qiymətləndirilir.
Azərbaycanın qazandığı uğur erməni siyasətçi və hərbçilərə rahatlıq vermir. Bu narahatlıq tam başa düşüləndir, çünki Ermənistanın indiki rəhbərliyi üçün sonun başlanğıcını xarakterizə edir. Bu uğurun vacib tərkib hissəsi Azərbaycan Ordusunun yüksək döyüş bacarığı göstəricisidir.
Qoşunların təmas xəttində erməni təxribatının qarşısının alındığı bütün dövr ərzində KİV-lər Azərbaycan Ordusunun müasir silahlardan istifadəsi barədə təsdiq edilməmiş informasiyalar yayırdılar. Lakin heç kəs erməni hərbçilərin müasir silahlardan istifadə etməsini yada salmadı. Nəyə görə? Cavab aydındır. Sadəcə belə silahlar yoxdur!
Hazırda Ermənistanın qaldırdığı əsas mövzular məhz Azərbaycan Silahlı Qüvvələridir. Bakya hərbi texnika satan Moskvaya hər tərəfdən məzəmmətlər eşidilir. Rusiyanın rəsmi şəxsləri və ekspertləri bunun paritetin qorunması üçün edildiyini bəyan etsələr də, əslində belə deyil. Ermənistan Rusiya silahlarını borca - Moskvanın verdiyi kreditə alır. Azərbaycan isə həmin silahlara görə pul ödəyir. Necə dəyərlər, pulu kim verirsə, musiqini də o, sifariş edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun "Kommersant" qəzetinə müsahibəsi bunu təsdiq edir. Nazir bildirib ki, Bakının Rusiya silahlarının alışı haqqında müqavilələr üzrə həll edilməmiş maliyyə məsələsi yoxdur, yalnız Rusiya silahlarının texniki xarakteristikasına aid bəzi məsələlər mövcuddur.
Azərbaycanın İsrail istehsallı zərbə vuran pilotsuz uçuş aparatlarından istifadə etməsi barədə çox danışıldı. Onların tətbiqi o qədər effektiv oldu ki, Yerevan Təl-Əvivə etirazını bildirdi. Bununla belə, erməni hərbçilər hər cür yalanlarla özlərinə haqq qazandırmağa çalışırlar.
Ermənistan müdafiə nazirinin müavini David Tonoyan bəyan edib ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün müasir pilotsuz uçuş aparatları almağa ehtiyac yoxdur, qumbaraatan kifayət edir. Bununla o, Ermənistan rəhbərliyinin əsgərlərinə nə dərəcədə qiymət verdiyini aydın göstərdi. Qumbaraatandan atəş açmaq üçün olduqca yaxın məsafədə olmalısan, bu isə əsgərin ölüm riskini dəfələrlə artırır. Drondan istifadə isə əsgərə onlarla kilometr aralıda dayanmağa imkan verir.
Beləliklə, bir erməni əsgərin dəyəri qumbaraatandan açılan atəşin dəyərinə bərabərdir. Bilənlər bilir ki, bu baha deyil. Əgər onların pulu yalnız buna çatırsa, Ermənistan ordusu ilə nə etmək olar?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi