Rusiya ilə İran arasında birbaşa hesablaşmalar sistemi yaradılır
Rusiya ilə İran üçüncü ölkələrin sanksiyalarından qorunmaq üçün birbaşa hesablaşmalara əsaslanan ayrıca maliyyə əlaqələri sistemi yaradırlar.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O, milli valyutalarla hesablaşmalar aparmaqla Rusiyanın maliyyə məlumatları ötürmə sistemi ilə İranın telekommunikasiya maliyyə sistemi - SEPAM arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atıldığını açıqlayıb. Bu sistem SWIFT beynəlxalq banklararası məlumat ötürmə və ödəniş sisteminə alternativ olaraq yaradılır.