Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşması yaradılır - Putin təsdiqlədi
Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, müvafiq sənəd bu gün rəsmi hüquq informasiya internet portalında dərc olunub.
"Rusiya Federasiyası hökumətinin Rusiya Federasiyası ilə Ermənistan arasında qoşunların birləşmiş qruplaşmasının yaradılması haqqında təklifləri qəbul olunub", - deyə sənəddə vurğulanıb.