azia.az
azia.az

Hakerlər Ukrayna banklarından 10 milyon dollar oğurladı

24-06-2016, 22:24

Hakerlər Ukrayna banklarından 10 milyon dollar oğurladı Kiber cinayətkarlar Ukrayna banklarından olduqca böyük məbləğ - 10 milyon dollar pul çəkiblər.

İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, bunun səbəbkarı isə “Carbanak/Akunak” və “Buhtrap” haker qruplaşmalarından olan kompüter quldurlarıdır.

Beynəlxalq İnternet Texnologiyaları Mütəxəssisləri Təşkilatının (İSACA) Kiyev bölməsinin məlumatına görə, hakerlər maliyyə qurumlarına SWIFT sistemi üzərindən hücum ediblər. Onlar müxtəlif banklara daxil olmaq üçün alətlər dəstini yaradıblar.

Bu günlərdə İSACA adı açıqlanmayan Ukrayna banklarının birindən 10 milyon dolların oğurlanması ilə bağlı məlumatları araşdırmaya başlayıb. Hakerlər bir neçə ay daxili prosesləri müşahidə edib və sonradan beynəlxalq banklararası sistem və elektron ödənişlər sistemi ilə ödənişlər həyata keçiriblər.

Kiber oğrular həmçinin bankomatlara və kart prossenq xidmətlərinə də hücum edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi