azia.az
azia.az

Mercer və AİRA-nın ölkə əhəmiyyətli konfransı insan resurslarının idarə edilməsi sahəsində yeni çağırışların başlanğıcı olacaq

9-05-2019, 08:14

Mercer və AİRA-nın ölkə əhəmiyyətli konfransı insan resurslarının idarə edilməsi sahəsində yeni çağırışların başlanğıcı olacaq
Bakıda 11 may 2019-cu il tarixində “İstedadların və mükafatlandırma sisteminin idarə edilməsi” adlı konfrans baş tutacaq. Tədbir dünyada insan resurları üzrə konsultasiya şirkətlərinin reytinq cədvəlində 1-ci yerdə duran Mercer şirkəti və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə əməkdaşlığı çərçivəsində keçiriləcək. Baku Boulvard Hotel-də olacaq konfransda dünyanın, eləcə də Azərbaycanın tanınmış özəl və dövlət sektorundakı insan resursları rəhbərləri, həmçinin dövlət rəsmiləri iştirak edəcək.
Konfrans Mercer şirkətinin təcrübəsinin və qlobal əmək bazarındakı tendensiyaların öyrənilməsinə, yeni çağırışların səsləndirilməsinə, həmçinin Azərbaycanda insan resurslarının idarə edilməsi sahəsinin daha da inkişafına yönəlmiş yeni bir səhifə açacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi