azia.az
azia.az

48 nəfəri intihara məcbur edən qorxunc təriqət... – FOTOLAR, VİDEO

6-05-2019, 16:21

48 nəfəri intihara məcbur edən qorxunc təriqət... – FOTOLAR, VİDEO
Dünyada bir çox zəngin adamlar tərəfindən qurulan təriqətlər “beynin yuyulması” yolu insanların düşüncələrinə nüfuz edir. Bu cür təriqətlərdən biri də “Solar Temple”dir. Mənası Günəş məbədi anlamına gələn bu təriqət rəsmi qaynaqlara görə, 48 nəfərin toplu şəkildə intiharına səbəb olub. Lakin bu rəqəmin daha yüksək olduğunu iddia edənlər də var.“Solar Temple” Kanadada fəaliyyət göstərən, lakin mərkəzi İsveçrədə olan bir təriqətdir. Bu təriqət 1984-cü ildə doktor Lyuk Jore və Jozef de Mambro tərəfindən qurulub. Təriqətin əsas məqsədi dünyada güc anlayışını yaymaq və insanları Tanrının oğlu adlandırdıqları İsa peyğəmbərin ikinci gəlişinə inandırmaq olub.
Təriqətin 1989-cu ildə 442 üzvünün olduğu iddia edilir.
48 nəfəri intihara məcbur edən qorxunc təriqət... – FOTOLAR, VİDEO
Ölkələr üzrə bölgü isə bu cür olub: İsveçrə 90 nəfər, Fransa 187 nəfər, Kanada 86 nəfər... Qalan 53 nəfər isə ABŞ və İspaniya arasında bölünür.

Bu təriqətin üzvləri dünyaya mələk olaraq göndərildiklərinə inanırlar. Spirtli içkilərə və siqaretə qarşı olan təriqət üzvləri bir-birilərinə qardaş deyə müraciət edirdilər. Təriqətin öz içərisində qurmuş olduğu qrupların liderlərinin “Proxima” adlı bir planetlə əlaqəsi olduğu da iddia edilir. Bunun səbəbi isə qiyamət günü yadplanetlilərin bu təriqətin üzvlərini ölümdən xilas edəcəyinə olan inanc idi.
66 nəfərin iki qrupa bölünərək toplu şəkildə intihar etməsi olduqca diqqər çəkir. Onlar ölmədən əvvəl boyunlarına ikibaşlı qartal medalyonu taxaraq ayinlər zamanı geyindikləri xüsusi paltarları geyinmişdilər. İntihar edən zaman isə ya başlarından vurulmuşdular, ya da özlərini yandırmışdılar.
48 nəfəri intihara məcbur edən qorxunc təriqət... – FOTOLAR, VİDEO
İntihara məcbur edilənlər arasında 3 yaşlı bir uşaq da var. Məsələnin nə olduğunu anlamadan körpə uşaqlar bu təriqətin oyununun qurbanı olurdu. 1994-cü ildə İsveçrədə anidən bir yerdə tapılan 48 nəfərin meyiti bu təriqət ilə əlaqələndirildi. İsveçrədə bir kəndə yanğın xəbərinə gələn polislər dəhşətli mənzərə ilə qarşılaşmışdı. Sözügedən təriqətin simvolları ilə bəzədilmiş zirzəmidə 48 cəsəd aşkarlayan polislər nə edəcəklərini bilməmişdi. Ölənlərin arasında bu təriqətin qurucuları doktor Lyuk Jore və Jozef de Mambro da var idi.
48 nəfəri intihara məcbur edən qorxunc təriqət... – FOTOLAR, VİDEO
Mövzu ilə bağlı sənədli film də hazırlanıb. “Solar Temple”yə həsr edilən 50 dəqiqəlik sənədli filmi buradan izləyə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi