azia.az
azia.az

Şəkili polis Elzarın “kəndə sürgün”ü - O bir para kəndin əhalisini necə zara gətirib?

25-04-2019, 13:28

Şəkili polis Elzarın “kəndə sürgün”ü - O bir para kəndin əhalisini necə zara gətirib?
Azərbaycan polisinin keçdiyi şanlı yol hər birimiz üçün qürurverici bir tarixdir. Asayişin, sabitliyin qorunmasında polis əməkdaşlarının misilsiz xidmətləri danılmazdır. Təkcə Qarabağ savaşında şəhid olan polis əməkdaşlarının qəhrəmanlıqları bütün nəsillər üçün örnəkdir.
Bu gün də Azərbaycan polisi öz tarixi ənənələrinə sadiq qalaraq dövlətçiliyimizin,qanunların qorunması üçün var gücüylə çalışır və ölkəmiz dünyanın ən sabitlik hökm sürən guşələrindən biridir.

Şəkili polis Elzarın “kəndə sürgün”ü - O bir para kəndin əhalisini necə zara gətirib?

Lakin...Təəssüflər olsun ki, yazımızın bu yerində “lakin” sözünü işlətməyə məcbur olduq. Nədən ki,hansısa yollarla sistemə soxulmuş təsadüfi adamların əməlləri polis adına ləkə gətirir. Şəkili polis Elzarın “kəndə sürgün”ü - O bir para kəndin əhalisini necə zara gətirib?
Rubrika.az saytına Şəkinin Turan qəsəbəsin Polis bölməsinin Yol Polis Xidmətində özünə rahat yuva qurmuş və əməlləri ilə bütün polis sisteminin adına ləkə gətirən Elzar İbrahimov haqqında ilginc məlumatlar daxil olub. Deyilənə görə uşaqlıqdan polis olmaq istəyən Elzar sistemə keçmək üçün “çox əzablı və məşəqqətli haqq-hesablardan” keçməli olub. Nəhayət ki, arzusuna çatan bu gənc polis əməkdaşı Şəki şəhərində YPX sıralarına qəbul olunub. Paqonların həzzini yaşamamış Şəkiyə yenicə təyin olunan polis rəisi onun kefinə əməlli-başlı soğan doğrayıb. Elə ilk sıra baxışında Elzara gözü sataşan rəis onun bu görkəmlə necə polis sıralarına daxil olduğuna təəccübünü gizlətməyib. Şəkililər demişkən “tırıqqası yeri-göyü dağıdan” Elzar İbrahimovu rəislə bu tanışlıqdan sonra istəməsə də “kəndə sürgün” ediblər.Necə deyərlər Elzarın polis sitemində “kəndə sürgün” dövrü başlayıb.

Şəkili polis Elzarın “kəndə sürgün”ü - O bir para kəndin əhalisini necə zara gətirib?
Şəkili polis Elzarın “kəndə sürgün”ü - O bir para kəndin əhalisini necə zara gətirib?
Şəkidə arzuları çin olmayan Elzar gəlib çıxıb Qaratorpaq, Sarıca, Qayabaşı, Cəyirli, Quşçuluq, Turan və Çayqaraqoyunlu kəndləri ərazisinə. Elzarın bu gəlişi eli zara gətirib desək heç də yanılmarıq. Yenə də şəkililər demişkən mustafasını deyək siz də bilin.
Deməli Elzar nəinki kəndləri birləşdirən yollarda, kəndarası küçələrdə,az qala həyətlərdə belə bütün sürücüləri “tupikə diriyifdi”. Yollarda şütüyən maşın,traktor,motosikl görən kimi anında öz sehirli planşeti ilə peyda olaraq sorğu-suala başlayır. Sürücülərə “mən yeni gəlmişəm, sənəd yoxlaması aparmalıyam” deyərək planşetə yazmağa başlayır. Qəribədir ki, illərin sürücüsü olanların heç birinin Elzarın “sistemində” qeydiyyatı görünmür. Bundan sonra polis əməkdaşlarına aşırı hörmət qoyan və onlardan bir az da çəkinən sadə kənd zəhmətkeşlərinə müxtəlif terminlərdən ibarət uzun bir mühazirə də oxuyur. İndi siz binəva sürücülərin bu leksiyadan sonrakı vəziyyətini təsəvvür edin... Deyilənə görə “Gözuy yiyim,a rəis...” başlığı ilə hərəkətə keçən şəkililər Elzara müxtəlif təkliflər edirlər. O da uzun çək-çevirdən sonra...Hayindi bundan sonrasını DİN yetkililəri araşdırsalar yaxşı olardı. Nədən ki...Elə Şəki lətifəsiylə desək yaxşı olar:Şəkili polis Elzarın “kəndə sürgün”ü - O bir para kəndin əhalisini necə zara gətirib?
Bir üzməyi bilməyən dənizə gəlir və üzərək suyun ona boy verən yerindən də qabağa gedir Görür ki, batır, qışqırmağa başlayır:
-Batıram, kömək edin , "spasayte”, "yardım edin, boğuluyorum”, "я тону”, "mен суға батып бара жатқан жатырмын, көмек”...
Bu qışqırıqları da sahildə olan şəkili eşidir, ayağa durub ona sarı çevrilərək bu da qışqırır:
- Ha indi dörd dil öyrənincə, bir dənə üzmək öyrəneydin də...

Nicat Mahmudov
Rubrika.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi