14 ildir komada yatan qadın zorlandı, uşağı dünyaya gəldi - Polis xəstəxanada çalışan kişiləri yoxlayır
14 ildir ki, komada olan amerikalı qadın uşaq dünyaya gətirib. Qadın 14 il əvvəl suda boğulub, lakin komaya düşdüyündən aparatlara qoşulub. Amerika xəstəxanasında yatan qadın dekabrda uşaq dünyaya gətirib. Məlum olub ki, qadını kimsə zorlayıb və o, hamilə qalıb. Lakin həkimlər və xəstəxana işçiləri aylar ərzində onun hamilə olduğunu bilməyiblər, bu onların ağıllarına da gəlməyib.Bir neçə saat inildəyən xəstədən uşaq dünyaya gəldiyini görən həkimlər dərhal hərəkətə keçib. Polis bu işin səbəbkarı olan kişinin axtarışı ilə məşğuldur. İlk növbədə xəstəxanata çalışan bütün kişi işçilər yoxlanılır. Xəstəxana belə bir hadisənin baş verməsinə görə də məsuliyyət daşıyır.Medicina.az