QHT-lər üçün yeni qrant müsabiqəsi elan olundu
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir.
Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbulu 2026-cı il oktyabrın 22-də başlanacaq və noyabrın 12-də yekunlaşacaq.
Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.
Müsabiqə barədə ətraflı məlumatı linkə keçidlə əldə etmək olar.