azia.az
azia.az

Arxa cibinizdə 1 sm-dən qalın pulqabı gəzdirməyin! - Çanta çəkinizin 10 faizindən ağırdırsa...

12-11-2018, 09:56


Azia.az təqdim edir. Dünyada və ölkəmizdə oturaq iş səbəbindən insanların çoxunu narahat edən onurğa problemi, bəzən isə yırtığı həm maddi, həm də mənəvi zərərlər verir. Bu problem insanların həyatına təsir edərək gündəlik həyat fəaliyətində problemlərə yol açır. Ağrı, bədəndə keyləşmə, hərəkət məhdudiyyəti bu problemlərdən sadəcə bir neçəsidir.

Onurğa yırtığı nədir?

Medicina.az xəbər verir ki, onurğa sütununda fəqərələrimiz arasında süngərəbənzər kiçik yastıqcıqlar, yəni disklər var. Fəqərələr 26 sümükdən ibarətdir və onurğamızı hərəkət etdirən yumşaq disklər bu sümüklərin arasında yerləşir. Lakin bu disk yerindən çıxarsa, ətrafındakı sinirləri qıcıqlandıraraq ağrıya səbəb olur və onurğa yırtığı dediyimiz problem əmələ gəlir.

Onurğa yırtığı olan insanlar nələrə diqqət etməlidir?

Oturarkən belinizi söykəyəcək yer olsun. Çalışın beliniz boşluqda qalmasın.

Ağır əşya qaldırmayın, qaldırdığınız zaman isə dizlərinizdən dəstək alın.

Yerdən bir şey qaldırarkən belinizi bükərək əyilmək əvəzinə, dizlərinizi bükün.

Uzanarkən sağ və ya sol tərəfə yatmaq əvəzinə kürəyinizin üstündə yatın.

Yatağınızın çox yumşaq olmamasına diqqət edin və üzü üstə yatmayın.

İşiniz oturaqdırsa, çalışın belinizi harasa söykəyin və beliniz boşluqda qalmasın.

Hər yarım saaatdan bir ayağa qalxaraq yüngül idman hərəkətləri edin.

İstifadə etdiyiniz əl çantalarını bel çantası ilə əvəz edin.

Çantanızı boşaldın.

Çantanızın içini hər gün nəzərdən keçirin, əlavə əşyaları çıxarın və onu apararkən tez-tez çiyin dəyişdirin.

Gündə dörd saat avtomobil idarə edən insanlar bu ağrılara iki saat idarə edənlərdən altı dəfə çox məruz qalır.

Çəkinizin on faizindən artıq ağırlıqda çanta istifadə etmək, belinizdəki simmetriyanı poza, çiyin və bel əzələlərini sərtləşdirə bilər. Arxa cibinizdə isə 1 sm-dan qalın pul qabı gəzdirməyin.

Əlamətləri nələrdir?

Onurğa yırtığının ən çox rast gəlinən əlaməti qol və ya ayaqlarda ağrıların olmasıdr. Ağrı yalnız ayağın müəyyən hissəsində deyil, omba və baldırlarda da ola bilər.

Onurğa sümüyünü hərəkət etdirdikdə, öskürəndə və ya asqıranda bu ağrılar qollara keçə bilər.

Digər bir əlaməti isə yırtıqdan qıcıqlanan sinirlərin olduğu bölgələrdə gicişmənin yaranmasıdır. Bundan başqa onurğa yırtığı sinirlərin ətrafındakı əzələləri də zəiflədir.

Əgər kürəyinizdəki ağrı ayaq və qollarınıza da sıçrayıbsa, tez bir zamanda beyin və sinir cərrahından kömək almalısınız.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi