azia.az
azia.az

Arif Mərdanov İri Şəhərlərin Su Təchizatı QSC-nin icraçı direktoru təyin edilib

Dünən, 17:00

İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının ilk iclası keçirilib.

Xəbər verilir ki, iclasda Prezident İlham Əliyevin sərəncamı ilə qurumun publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesi, həmçinin bu dəyişikliyin idarəetmənin təkmilləşdirilməsinə və fəaliyyətin səmərəliliyinin artırılmasına təsiri müzakirə olunub.


Müşahidə Şurasının qərarına əsasən, Arif Fərman oğlu Mərdanov İri Şəhərlərin Su Təchizatı QSC-nin icraçı direktoru təyin edilib.

Arif Mərdanov 24 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

O, əvvəllər “Azərsu” ASC-də rəhbər vəzifədə çalışıb, “Su təchizatı və tullantı suları haqqında” qanunun hazırlanması üzrə ekspert qrupunun üzvü olub. Həmçinin SOCAR-da idarə rəisi vəzifəsində işləyib, müxtəlif dövrlərdə Metropoliten İşçiləri Həmkarlar İttifaqı və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliklərinin sədri olub.

Mərdanov TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib. Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, İri Şəhərlərin Su Təchizatı QSC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi