Böyrək daşlarının müalicəsində - İNQİLABİ YENİLİK
- Bel nahiyəsində küt və ya bəzi hallarda üzücü ağrı, sidik xaric edən yollarda yandırma hissi, sidiyə tez-tez getmə, gecələr sidiyə oyanma böyrək daşı xəstəliyinin əsas əlamətləridir.
- Böyrək daşı sidik axarına düşdükdə xəstə ağrı hissini itirir. Xəstələrdə belə qənaət yaranır ki, böyrək daşı sidik yolları vastitəsilə xaric olub. Əslində isə böyrək daşı sidik axarına düşərək sidiyin qarşısını kəsir. Heç bir ağrı olmadan böyrəklər öz funksiyasını itirməyə başlayır. Bi müddət belə davam edərsə, böyrəklər fəaliyyətini tamamilə dayandırır.
- Uzun müddət böyrək daşı olan xəstələr arasında gələcəkdə böyrək və prostat xərçənginə tutulma riski böyükdür. İndiyə qədər alimlər xərçəng xəstəliyinin dəqiq səbəbini bilməsələr də, hesab edirlər ki, xərçəngə zəmin yaradan xəstəliklər arasında böyrək daşı xəstəliyi xüsusi yer tutur.
- Unutmaq lazım deyil ki, böyrək daşları asanlıqla müalicəyə tabe olan xəstəlikdir. Cəmi yarım saata böyrək daşlarından birdəfəlik xilas olmaq mümkündür.
Fransa uzman-uroloqu, Dr. Araz Bayramov heç bir kəsik, ağrı və narkoz olmadan endoskopik yolla (dəlik yolu ilə lazerlə daxil olaraq) böyrək daşlarını tam müalicə edir. Çox qısa müddətə böyrək daşlarından azad olan xəstələr bir neçə günə əmək qabiliyyətini bərpa edirlər. Eyni zamanda Dr. A. Bayramov hər iki böyrək daşlarını eyni anda endoskopik yolla müalicə edir.
Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Həmin xəstəxanada tətbiq edilən böyrək köçürülməsi əməliyyatlarında iştirak edib. Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji və Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib. Hazırda Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri və Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvüdür.
Öz sağlamlığının qeydinə qal!!! Unutma ki, sağlamlığına özün qiymət verməsən də, vaxtında müayinə və müalicə olunmalısan ki, səni sevənlərin gözü yaşlı qalmasın!!!
Dr. Araz Bayramovun qəbuluna yazılmaq istəyənlərin öncədən bu nömrələrlə əlaqə saxlayıb, qeydiyyatdan keçmələri xahiş olunur!!!