Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul edib
Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva oktyabrın 13-də Bakı şəhərində növbəti qəbul keçirib.![]()
Ombudsman hər bir müraciətçini fərdi qaydada qəbul edərək qaldırılan məsələləri dinləyib, onların hüquq və azadlıqlarının təmin olunması ilə bağlı müvafiq hüquqi izah və tövsiyələr verib.![]()
Həlli ilə bağlı tədbirlərin görülməsi mümkün olan məsələlər üzrə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətdə saxlanılacağı və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.
Qəbul zamanı, həmçinin vətəndaşlara Ombudsmana müraciət imkanları barədə məlumat çatdırılıb.