azia.az
azia.az

RR Media Groupun açılış mərasimi keçirilib

Bu gün, 15:19

RR Media Groupun açılış mərasimi keçirilib

Avqustun 16-da RR Media Groupun rəsmi açılış mərasimi keçirilib.

Tədbirə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanılıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin bədii hissəsində ilk çıxış Paralimpiya Komitəsinin Ulduz Səfirləri sırasında yer alan Virtuoz Qala qrupunun solisti, həmçinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin əməkdaşı Bağıyev Mirzəyə məxsus olub. O, səhnədə “Xudayar” təsnifini ifa edib.

Daha sonra söz RR Media Groupun təsisçisi həmçinin də rəhbəri Rəşid Rəşidliyə və qrupun direktoru Şahin Şahgəldiyevə verilib. Çıxışlar zamanı media qrupunun yaradılma zərurətindən bəhs olunub, fəaliyyət istiqamətləri və qarşıya qoyulan məqsədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Proqram növbəti musiqi çıxışları ilə davam edib. 3 nömrəli Musiqi Məktəbinin şagirdləri, respublika müsabiqələrində I yer tutmuş Əlizadə Sübhan və Etibar Əliyev səhnəyə çıxaraq öz ifalarını təqdim ediblər.

Tədbirin birinci hissəsi RR Media Groupun musiqi şöbəsinin rəqqası Sevgi Cəfərzadənin rəqs kompozisiyası ilə başa çatıb.

Yarım saatlıq fasilədən sonra tədbirin ikinci hissəsinə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xor Kapellasında fəaliyyət göstərən Talıb İsgəndərlinin ifasında “Etibar” mahnısı ilə start verilib.

Daha sonra RR Media Groupun əməkdaşları  Kənan Məmmədov və Səma Hacıyeva qrupun həyata keçirməyi planlaşdırdığı sosial layihələr barədə geniş təqdimatla çıxış edib, qarşıya qoyulan sosial məqsədlər və layihələrin cəmiyyətə verəcəyi töhfələr haqqında məlumat veriblər.

Səhnə daha sonra “Azərbaycan Ulduzu 4” müsabiqəsinin qalibi, “Ümid 2025” müsabiqəsinin laureatı Çingizxan Osmanlının ifası ilə davam edib.

Tədbirin növbəti hissəsində RR Media Groupun baş sponsoru “Filsa +1” MMC-nin rəhbəri Əbülfəz Rəşidov və “İmperia” restoranının rəhbəri Gülnar Nəbi çıxış ediblər. Çıxışçılar RR Media Group ilə əməkdaşlığın uğurlu olacağına əminliklərini ifadə edib, yeni fəaliyyət istiqamətində uğurlar arzulayıb və dəstəklərini bildiriblər.

Tədbir gənc vokalist Məhbubə Əhmədovanın ifası ilə yekunlaşıb.

Müxtəlif sahələrin nümayəndələrinin, o cümlədən aktyorların, idmançıların və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi açılış mərasimində qonaqlar xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, RR Media Groupun rəhbəri Rəşid Rəşidli eyni zamanda RR Athletic Performance komandasının təsisçisi və məşqçisidir.

RR Media Groupun yaradılmasında əsas məqsəd media, mədəniyyət, sosial layihələr, idman və digər istiqamətlər üzrə müxtəlif təşəbbüsləri bir platformada birləşdirmək, yaradıcı və ictimai layihələrə dəstək verməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi