İkram adlı “İŞ” adamı qanunsuz tiknintisi ilə Yasamal sakinlərinin kabusuna çevrilib-Evlərə giriş-çıxış bağlanıb
İkram adlı “İŞ” adamı qanunsuz tiknintisi ilə Yasamal sakinlərinin kabusuna çevrilib-Evlərə giriş-çıxış bağlanıb.
Qeyd edək ki, Prezidentin Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib.
Bu sərəncamın verilməsində məqsəd isə Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, ölkəmizdə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsidir. Çox təəssüflər olsun ki, ölkə başçısının sərəncam və tapşırıqlarına bəsi işbaz məmurlar məhəl qoymur.
Nəzərinizə çatdırırıq ki, Azia.az-n redaksiyasına Bakı şəhər, Yasamal Rayonu, Asan Xidmətin yanı, A.M.Şərifzadə küçəsi ilə X.M.Mustafayev küçəsininin kəsişdiyi ərazidə qanunsuz tikinti aparılırdığı sakinlıər tərəfindən bildirilib. Qeyd olunur ki, tikintiyə İkram adlı iş adamı rəhbərlik edir. Sakinlərin bildirdiyinə görə, sözügüdən ünvanda tikilən hündürmərtəbəli binanın tikintisi üçün müvafiq sənədlər yoxdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi tikintini aparan iş adamı tərəfindən kobud şəkildə pozulub. O da bildirilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsi tərəfindən bu tikintinin aparılması üçün icazə sənədi verilməyib. Sakinlərin gediş-gəlişinə ciddi maneə yaradılıb. Tikintidə Təhlükəsizlik qaydalarına əməl olunmur. İşçilərlə əmək müqaviləsi bağlanmayıb. İstifadə olunan tikinti materiallarının “keyfiyyat sertfikatı” yoxdur. Həmçinin istifadə olunan tikinti materialların alınma sənədə belə mövcud deyil. Bütün bunlar isə vergidən yayınma, əməyin mühafizəsinin pozulması, qanunsuz maliyyə əməliyyatları və digər qanun posuntusunu yaradan səbəblərdir. Sorğu vasitəsi ilə sakinlədə ölüm-qalım halları yaradan faktların təcili olaraq aradan qaldırılması məqsədi ilə aidiyyatı qurumlardan təciuli tədbir görülməsini sakinlər xahiş edirlər.
“İnformasiya Əldə Etmək Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sözügedən ünvanda çəkiliş aparmağa cəhd göstərsək də özlərini iş icraçısı kimi təqdim edənlər buna şərait yaratmadılar.
Biz isə redaksiya olaraq yazını tədbir görülməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinə, TikintidəTəhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinə, Dövlət Vergi və Əmək Müfəttişliyi Xidmətlərinə ünvanlayırıq.
Jurnalist araşdırmalarımız davam edir.
Xatırlatma:
Tikinti məqsədi ilə icazə almadan tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmçinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili də özbaşına tikinti hesab olunur.
Qeyd olunan tələbləri pozan, qanunvericiliyə uyğun olmayan tikinti işləri həyata keçirən şəxslər İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə görə, 500 manatdan 5000 manatadək cərimə edilir. Hətta qanun pozuntusunun ciddiliyindən asılı olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Azia.az-n
araşdırma qrupu