Masazırı "İŞĞAL" edən Fərahim Hüseynov kimdir?-Sakinlər Prezidentə müraciət etdi
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib.
Məqsəd Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, ölkəmizdə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsidir.
İndi gəlin görək Prezidentin bu tapşırığına məmurlar əməl edirmi. Elə redaksiyanın elektron ünvanına Abşeron rayonu, Masazır qəsəbəsi, Şəhid Əsəd Həsənov küçəsi "Qədirxum" süfrəsinin yanında inşa olunan çox mərtəbəli binanın tikintisi barədə ərazidə yaşayan qonşular tərəfindən edilən şikayət hər şeyi alt-üst edib.
Prezident göstərir verir, dəfələrlə danışır, amma nə fayda...
Elə bunları əsas götürərək ərazidə yaşayan sakinlər Prezidentə müraciət edib.
Məlumata görə, Abşeronda Prezidentin göstərişlərinə məhəl qoymayan məmurlar tikinti işlərini sürətlə davam etdirirlər..
Sakinlərin bildirdiyinə görə, sözügedən ünvanda Fərahim adlı iş adamının tikdirdiyi hündürmərtəbəli bina ətraf ərazidə yaşayan sakinləri ciddi narahat edib. Yolların bağlanması, tikintiyə nəzarətin yoxluğu, işçilərlə əmək müqaviləsinin bağlanmaması da bu tukuntinin rəhbərliyiynin arxasında böyük qüvvələrin dayandığını göstərir. Deyilənə görə İcra hakimiyyətinin sözügedən tikinti barədə müvafiq sənədi də yoxdur. Tikintiyə birbaşa cavabdehlik daşıyan Fərahim və İsrail cütlüyü başçıya yaxın olduğunu hər kəsə bildirməkdən çəkinmirlər. Başçının müavinlərinin bu tikintilərdən xəbərləri olsa da əsil həqiqəti Abidin müəllimdən gizləməyi bacarıblar. Hətta, İş icraçıları kimi özünü təqdim edən "Qədirxum süfrəsinin" rəhbəri Ruslan və Elşən adlı şəxslər Jurnalistləri təhqir etməkdən belə çəkinmirlər. Bu barədə geniş araşdırmadan sonra.
Başqa bir məlumata görə isə Ruslan, Elşən və özlərinin tikintinin icraçısı kimi təqdim edənlərin tikinti texnologiyasından xəbərsiz olduğu da verilən məlumatlar sırasındadır.
Bəs qanunun NƏYİ TƏLƏB EDİR?
Tikinti məqsədi ilə icazə almadan tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmçinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili də özbaşına tikinti hesab olunur.
Qeyd olunan tələbləri pozan, qanunvericiliyə uyğun olmayan tikinti işləri həyata keçirən şəxslər İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə görə, 500 manatdan 5000 manatadək cərimə edilir. Hətta qanun pozuntusunun ciddiliyindən asılı olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Redaksiya olaraq yazını tədbir görülməsi üçün Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbərliyinə, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə və Yasamal rayon İcra Hakimiyyətinə ünvanlayırıq.
Jurnalist araşdırmalarımız davam edir.
Azia.az,
Araşdırma qrupu.