Azərbaycanda biyan balının azalmasının səbəbi nədir? (VİDEO)
Dünən, 10:55
Bu il Azərbaycanda ötən illərdən fərqli olaraq biyan balı istehsalı azalıb. Buna havaların yağmurlu keçməsi və temperaturun aşağı olması səbəb olub.
Biyan balının əsas məskəni sayılan Saatlı biyan bitkisi ilə bol olan rayondu. Saatlının Smada kəndi ərazisində biyan sahəsinin çox olması bu ərazini arılar üçün əsl yem bazası təşkil edir. 2022-ci və 2024-cü illərdə rekord miqdarda əldə olunan biyan balı təəsüf ki, bu mövsümdə zəifləyib. Məhsuldarlıq 5 dəfə azalıb.
Biyan balı istehsalı ilə məşğul olan Ehtiram Məmmədovun arıçılıq təsərrüfatı yüz hektardan çox biyan bitkisi ilə əhatələnib. Biyan çiçəyindən 100 qram bal hazırlamaq üçün bir arı bir milyona yaxın çiçəyi tozlandırırır.
Biyan balı uroloji xəstəliklərin, bronxial astmanın, artritin müalicəsində istifadə olunur. Ondan nektar çıxarmağa gəlincə, arılar həm çiçəkdən, həm də yarpaqdan şirə çəkirlər. Yeri gəlmişkən biyan balında saxarozanın sıfıra yaxın olduğundan bu balı şəkərli dibet xəstələri də yeyə bilərlər. Biyan balının kiloqramı bazarda 30-35 manata satılır.//Xəzər TV