azia.az
azia.az

Dron hücumu edilən Türkiyənin ticarət gəmisinin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır

Bu gün, 08:15

Ukraynanın Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Hadisə iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində baş verib. Türkiyənin Okean Maritime şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

 

Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır.

 

Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıblar. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür.

 

Azərbaycanın Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır və Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi