Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
Bakı-Şamaxı avtomobil yolunun bir hissəsində asfalt qatı çöküb.
Azia.az xəbər verir ki, bu barədə Oxu.az-ın qaynar xəttinə məlumat daxil olub.
.Vətəndaşların sözlərinə görə, çökmə sözügedən yolda Bakı istiqamətində qeydə alınıb:
“Bakı-Şamaxı yolunda Cəngi kəndindən üzü Bakı istiqamətində yolun bir hissəsi çöküb. Bu hal sürücülərin hərəkətinə çətinlik və təhlükə yaradır. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, ötən gün yolda baş verən çökmə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə texnika və əməkdaşlar cəlb olunublar:
“Təhlükəsizliyin təmin edilməsi məqsədilə çökmüş hissədə bərpa işləri aparılıb və hərəkət qısa müddətdə təhlükəsiz şəkildə təşkil edilib. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır”.