azia.az
azia.az

Bu il Azərbaycanda 288 kriminal qrup zərərsizləşdirilib-DİN

Bu gün, 15:18

Bu ilin ilk 6 ayı ərzində mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin 6 ayın yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.

 

Qeyd olunub ki, həmin müddətdə qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

 

Eyni zamanda 3 088 odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkarlanıb.

 

Bundan başqa, diqqətə çatdırılıb ki, hesabat dövründə qeyri-leqal dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 360 kiloqram çox, yəni 4 ton 318 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 254 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanıb məhv edilib. Bu növ əməllərə görə 41 cinayətkar qrup zərərsizləşdirilib, 2.652 şəxs cinayət məsuliyyətinə cəlb olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi