"Arzum 9999" məhkəmə zalında həbs olundu
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbli ilə tanınan tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Azia.az teleqraf-a istinadla xəbər verir ki, Xəzər Rayon Məhkəməsində hökm elan edilib.
Hökmə əsasən, Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib.
Tiktoker məhkəmə zalında həbs edilib.