azia.az
azia.az

Bazarlarda meyvə və tərəvəz ucuzlaşdı: Yeşiyi 1 manat

Bu gün, 12:36

Havaların istiləşməsi ilə bazarlarda meyvə və tərəvəz məhsullarının qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti o qədər enib ki, alıcılar ehtiyaclarından artıq alış-veriş edirlər.


Bəs ən çox hansı məhsullar ucuzlaşıb?

Azia.az milliaz-a istinadən xəbər verir ki, bazarlarda ən çox ucuzlaşan məhsullar arasında çiyələk, badımcan və bibər yer alır.

Hazırda bəzi satış məntəqələrində çiyələyin bir yeşiyi 1 manata təklif olunur. Badımcanın 3 kilosu 1 manata satıldığı halda, bibərin qiyməti isə növündən və keyfiyyətindən asılı olaraq 30-50 qəpik arasında dəyişir.

Satıcılar bildirirlər ki, mövsümi bolluq məhsulun artmasına, bu isə qiymətlərin enməsinə səbəb olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi