azia.az
azia.az

Sosial şəbəkədə saxta hesab açanlara XƏBƏRDARLIQ: Bu halda cinayət məsuliyyəti yaradacaq

Bu gün, 18:17


Sosial şəbəkələrdə saxta hesabların sayı sürətlə artır. Bəzən bu profillər sadəcə anonim qalmaq məqsədi daşısa da, bəzi hallarda təhqir, böhtan, dələduzluq və yalan məlumat yayılması üçün istifadə olunur. Məhz bu səbəbdən “fake” hesablarla bağlı hüquqi məsuliyyət məsələsi yenidən gündəmə gəlib.

Bəs sosial şəbəkədə saxta hesab açmaq hansı hallarda cinayət məsuliyyəti yaradır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, ümumilikdə saxta hesab yaratmaq özü-özlüyündə cinayət hesab edilmir:


Barassociation.az - Axtarışın nəticəsi

“Burada əsas məsələ həmin hesabın hansı məqsədlə istifadə olunmasıdır. Əgər bu hesab vasitəsilə dələduzluq, təhqir, böhtan, yalan məlumat yayılması və ya digər qanunsuz əməllər törədilirsə, artıq bu halda cinayət məsuliyyəti yaranır”.

Vəkilin sözlərinə görə, xüsusilə sosial şəbəkələrdə saxta hesab açaraq şəxsləri təhqir etmək və ya onların barəsində böhtan xarakterli məlumatlar yaymaq qanunvericilikdə cəzalandırılır:

“Feyk hesab açıb hər hansı şəxsi təhqir edib, böhtan atırsa, bu halda Cinayət Məcəlləsinin 148-1-ci maddəsi tətbiq olunur. Həmin maddəyə əsasən, saxta istifadəçi hesabı və ya profil vasitəsilə təhqir etməyə görə 1000 manatdan 2000 manatadək cərimə, ictimai işlər və bəzi hallarda 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Hüquqşünas qeyd edib ki, vətəndaşlar sosial şəbəkələrdən istifadə zamanı anonimlik arxasında gizlənərək qanunsuz hərəkətlər etdikdə bunun ciddi hüquqi nəticələri ola bilər.

Aynurə İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi